Futbol tarixinin ən yaxşı baş məşqçisi müəyyənləşdirilib

Futbol tarixinin ən yaxşı baş məşqçisi müəyyənləşdirilib

“Four Four Two” nəşri futbol tarixinin ən yaxşı baş məşqçilərinin siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, 100 çalışdırıcının yer aldığı siyahıya 27 il "Mançester Yunayted"ə başçılıq etmiş Aleks Ferqyuson başçılıq edir.

1986-2013-cü illərdə İngiltərə klubunu çalışdırmış 81 yaşlı mütəxəssis bütün dövrlərin ən yaxşısı sayılıb.

Türkiyənin bir mütəxəssisi “100-lüy”ə düşüb. “Qalatasaray”ın əfsanəvi çalışdırıcısı Fatih Terim 99-cu sırada yer alıb.


Ən yaxşı 10 məşqçi

1. Aleks Ferqyuson (Şotlandiya)

2. Rinus Mixels (Niderland)

3. Yohan Kroyff (Niderland)

4. Bill Şenkli (Şotlandiya)

5. Pep Qvardiola (İspaniya)

6. Arriqo Sakki (İtaliya)

7. Mett Basbi (Şotlandiya)

8. Elenio Errera (Argentina)

9. Ernst Happel (Avstriya)

10. Valeri Lobanovski (Ukrayna)