Messi Azərbaycana gəlir!

 Messi Azərbaycana gəlir!

Dünya ulduzu Lionel Messi Azərbaycana gələcək.

Mediasport.az xəbər verir ki, məlumatı Millət vəkili Aqil Abbas paylaşıb.

Deputat məqaləsində qeyd edib ki, argentinalı dünya çempionunu Bakıya yaxın dostu gətirəcək:

"Tanınmış bir iş adamı, futbolumuzun, xüsusilə də "Qarabağ"ın fanatı və "Qarabağ" üçün onun ən kasıb vaxtlarında əlindən gələni əsirgəməyən bir dostum bu günlərdə zəng etmişdi. Dedi ki, Messi ilə möhkəm dostdur. Hətta Messi onun 70 illiyində ona təbrik teleqramı göndərib və deyəsən, bir də hədiyyə göndərib.

Əsas məsələ nə teleqramdadı, nə də hədiyyədədi, dostum bildirdi ki, Messi ilə telefon danışığı edib və onu Azərbaycana dəvət edib. Messi də razılaşıb, özü də iki günlüyə. Yəni biz tezliklə dünya futbolunun ulduzu Messini Azərbaycanda görə biləcəyik".