"Ümid edirəm, hava daha da soyuq olacaq" - "Elfsborq"lunun ARZUSU
"Qarabağ"ın 3 xalı var. Onlara da xal lazımdır. Amma "Qarabağ"ın Avropa təcrübəsi böyükdür".
Mediasport.az xəbər verir ki, bu sözləri İsveçin "Elfsborq" klubunun futbolçusu Əhməd Qasım deyib.
21 yaşlı yarımmüdafiəçi UEFA Avropa Liqasının əsas mərhələsinin "Qarabağ"la bu axşam baş tutacaq 6-cı tur matçı öncəsi komandasının imkanlarını dəyərləndirib:
"Onlar son 11 ildə Avropa kuboklarının qrup mərhələlərində çıxış edirlər. Hücumda çoxlu yaxşı futbolçuları olan, təcrübəli komandadır. Lakin burada soyuq havada oynayacaqlar, bizim üçün uğurlu ola bilər. Biz buna öyrəşmişik. Ümid edirəm, hava daha da soyuq olacaq".
Qeyd edək ki, görüş bu gecə Bakı vaxtilə saat 00:00-da başlanacaq.
5 turdan sonra "Qarabağ" 3 xalla 32-ci, "Elfsborq" 4 xalla 28-ci pillədə qərarlaşıb.