"Neftçi" 3 futbolçusunu icarəyə verdi, 2-si ilə yolları ayırdı - RƏSMİ
“Neftçi” 3 futbolçusunu icarəyə verib.
Mediasport.az xəbər verir ki, Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da, Xəyal Nəcəfov isə “Turan Tovuz”da çıxış edəcək. Hər üç oyunçu cari mövsümün sonuna qədər adıçəkilən komandalarda oynayacaq.
Ötən mövsüm əsas komandanın heyətində debüt edən Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.
“Turan Tovuz”la icarə müqaviləsinin müddəti başa çatan Turan Vəlizadə “Neftçi-2”nin düşərgəsindədir.
Digər oyunçulardan Asim Əlizadə ilə başa çatan sözləşmənin müddəti yenilənməyib, Elşad Tağıyevlə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.