"Neftçi"li Braziliya, Azərbaycan və ABŞ futbolunu müqayisə etdi

"Neftçi"li Braziliya, Azərbaycan və ABŞ futbolunu müqayisə etdi

"Texniki baxımdan Braziliya və Azərbaycan futbolu ABŞ futbolundan üstündür.

Mediasport.az xəbər verir ki, bu sözləri Braziliya mətbuatına açıqlamasında "Neftçi"nin hücumçusu Andre Bava Şinyaşiki deyib.

Məşhur "İstoe" nəşrinə danışan 27 yaşlı forvard Braziliya, Azərbaycan və ABŞ futbolu müqayisə edib:

"ABŞ-də daha çox fiziki futbola, çox təmas və sürətli tempə üstünlük verilir. Braziliyada isə oyun taktiki cəhətdən daha çox inkişaf edib. Ona görə Braziliya və Azərbaycan futbolunun oxşar və daha maraqlı olduğunu düşünürəm".

Xatırladaq ki, Şinyaşiki “Neftçi”yə ABŞ-nin "Şarlotta" klubundan gəlib.