Millimizin üzvü 1 hissə oynadı, komandası pley-offa yüksəldi
UEFA Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün yeni transfer olunduğu "Helsinki" səfərdə Monteneqronun "Deçiç" klubu ilə qarşılaşıb.
Ötən həftə Finlandiyada 1:0 hesabı ilə qalib gələn Ozanın komandası bu dəfə 1:2 hesabı ilə məğlub olub.
Əlavə 30 dəqiqədə qapılara qol vurulmayıb və penaltini daha dəqiq yerinə yetirən Helsinki təmsilçisi adını pley-offa yazdırıb.
Ozan Can start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.
"Helsinki" pley-offda Farer adalarının "Klaksvik" komandası ilə üz-üzə gələcək.