"Qarabağ"dan ayrılan qanalı forvard debüt oyununda qol vurdu
Bugünlərdə “Ferensvaroş”a transfer edilən "Qarabağ"ın sabiq hücumçusu Kvabena Ovusu Macarıstan çempionunun heyətində debüt edib.
mediasport.az xəbər verir ki, "Pakş"a səfər qarşılaşmasının ikinci hissəsində meydana çıxan qanalı futbolçu 7 dəqiqə sonra adını tabloya yazdıraraq komandasının qələbəsini xilas edib.
Bundan sonra daha iki qol vuran “Ferensvaroş” əzmkar qələbə qazanıb - 3:1.
Ovusu macarlarla 2.5 illik müqavilə bağlayıb. Ağdam təmsilçisi keçid müqabilində 300 min avro qazanıb.