"Neftçi" 35 yaşlı qapıçı ilə vidalaşıb
"Neftçi" futbol klubu qapıçısı Aqil Məmmədovla yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, 35 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.
Məmmədov 2015-2016, 2018-2024-cü illər ərzində "ağ-qaralar"ın heyətində 112 oyun keçirib.