"Qarabağ" Juninyonu "Beşiktaş"a 15 milyona satmağa hazırdır!

"Qarabağ" Juninyonu "Beşiktaş"a 15 milyona satmağa hazırdır!

"Qarabağ" Olavio Juninyonu transfer etmək istəyən "Beşiktaş"a keçid qiymətini açıqlayıb.

Mediasport.az xəbər verir ki, Ağdam klubu braziliyalı forvardı 8 milyon avroya satmağa hazır olduğunu qeyd edib.

Məlumatı Türkiyə mətbuatı paylaşıb.

Bildirilir ki, Qurban Qurbanovun komandası 27 yaşlı hücumçu ilə təxminən 15 milyon manat təzminat müqabilində vidalaşa bilər.

Tərəflər arasında danışıqların davam etdiyi deyilir.