Musa Qurbanlı "Torino"da? - İtaliya klubunun idman direktoru təsdiqlədi

Musa Qurbanlı "Torino"da? - İtaliya klubunun idman direktoru təsdiqlədi

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

mediasport.az xəbər verir ki, 21 yaşlı forvardın xidmətində "Torino" maraqlıdır.

Türkiyə klubları ilə yanaşı, İtaliyə təmsilçisi də millimizin hücumçusunu transfer etmək istəyir. Bildirilir ki, apenninlilər keçidin reallaşması üçün yığma komandamızda çalışan həmyerliləri - baş məşqçi Canni De Byazinin köməyindən yararlanmağı planlaşdırırlar. 

Turin klubunun idman direktoru Davide Vaqnati Musa ilə maraqlandıqlarını təsdiq edib.

Dünən İtaliya mətbuatında - konkret desək, məşhur “tuttomercatoweb.com” saytında Musa haqqında yazı dərc edilib. İtalyan həmkarlarımız onu "Azərbaycanın Kvaratsxeliyası" adlandırıb.