"Neftçi"dən 2 milyonluq TRANSFER: Fransadan 2 oyunçu gətirdilər
“Neftçi“ transfer bazarında fəallığı artırıb.
MediaSport.az xəbər verir ki, “ağ-qaralar“ Ervin Koffi və Miha Blajiçi sıralarına qatıb.
Fil Dişi Sahilindən olan legionerlə 2+1 illik müqavilə imzalanıb. Ölkəsinin U-23 yığmasının formasını geyinmiş Koffinin hazırda 28 yaşı var. "Şarlerua"nın yetirməsi son olaraq Fransada 2-ci Liqada "Pau"nun formasını geyinib.
Azərbaycan Premyer Liqasının bürünc medalçısı Blajiçi isə Fransa təmsilçisi “Anje”dən transfer edib. Paytaxt təmsilçisi 30 yaşlı stoperlə 2 illik müqavilə imzalayıb. Mərkəz müdafiəçisi razılaşarsa, onunla sözləşmənin müdəti sonradan daha 1 il uzadılacaq. 2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.
“Transfermarkt”a görə onun dəyəri 2milyon avrodur.
Hələlik rəsmi açıqlama olmasa da, “ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıb (sportinfo.az).