"Neftçi" "Spartak"la üz-üzə

"Neftçi" "Spartak"la üz-üzə

Yay hazırlığını Rusiyada keçən "Neftçi" bu ölkədə növbəti oyununa çıxacaq.

MediaSport.az xəbər verir ki, "ağ-qaralar" bu gün Moskvada yerli "Spartak"la qarşılaşacaqlar.

"Otkrıtiye Bank Arena"da keçiriləcək görüş Bakı vaxtilə saat 21:00-da başlanacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Bakı klubu Sankt-Peterburqda təşkil olunmuş "Matç TV" turnirində "Zenit" (1:3), "Srvena Zvezda" (0:4) və "Fənərbağça"ya (0:1) məğlub olmuşdu.