Konfrans Liqası: "Zirə"nin pley-off matçı eston hakimlərə tapşırıldı
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Omoniya” - “Zirə” matçının hakimləri açıqlanıb.
Mediasport.az xəbər verir ki, avqustun 22-də Nikosiyada baş tutacaq oyunu Estoniyadan olan hakimlər idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Yuri Frişer, yan xətdə köməkçiləri Veyko Motsnik və Sander Saqa olacaqlar.
Dördüncü hakim funksiyasını Kristo Kulluastinen yerinə yetirəcək. Kristo Tohver VAR, Yoonas Yaanovits AVAR-da fəaliyyət göstərəcək.
GSP stadionunda oynanılacaq görüş Bakı vaxtilə saat 21:00-da başlanacaq.