AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi"ni cərimələyib

AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi"ni cərimələyib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıdan çıxarılan qərara əsasən, “Qarabağ” və “Neftçi” klubları cərimələniblər.

Hər iki komandanın cərim edilməsinə səbəb azarkeşləri olub. Tərəflər Azərbaycan Premyer Liqasının 17-ci turunun "Qarabağ" - "Neftçi" görüşündə rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.

Hər iki klub 1000 manat cərimə ödəyəcək.