"Neftçi" və "Qarabağ" cərimələndi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 16-cı turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə klub 4000 manat cərimə edilib. “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə Ağdam klubu 800 manat cərimə edilib.
"Sabah” – “Şamaxı” oyununda “Sabah” komandasının oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib. “Şamaxı” komandasının oyunçusu Elçin Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə klubu 800 manat cərimə edilib.
“Sumqayıt” komandasının oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.