Diniyev 90 dəqiqə oynayıb, klubu yenə qələbə qazana bilməyib
Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin heyətində çıxış etdiyi "Ümraniyəspor" Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, yarımmüdafiəçinin komandası 7-ci tur çərçivəsində evdə "Bandırmaspor"la qarşılaşıb.
Diniyevin 90 dəqiqə meydanda olduğu və sarı vərəqə ilə yadda qaldığı matç rəqibin 1:0 hesablı qələbəsilə yekunlaşıb.
7 turdan sonra aktivində 2 xal olan "Ümraniyəspor" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.