“Neftçi” - “Zenit” oyununun başlanma saatı və yeri açıqlanıb

 “Neftçi” - “Zenit” oyununun başlanma saatı və yeri açıqlanıb

Noyabrın 18-də keçiriləcək “Neftçi” - “Zenit” oyununun başlanma saatı və məkanı açıqlanıb.

Mediasport.az xəbər verir ki, yoxlama görüşü “Neftçi Arena”da keçiriləcək.

Qarşılaşma 21:00-da start götürəcək.

Matçın biletləri yaxın günlərdə satışa çıxarılacaq.