Ağayev Konfrans Liqasında Mahirin komandasının oyununa təyinat alıb
FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
Mediasport.az xəbər verir ki, 37 yaşlı ədalət təmsilçisi Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin “Dinamo” (Xorvatiya) - PAOK (Yunanıstan) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Ştegemann, onun köməkçisi həmyerlisi Paşal Müller, oyunun hakim-inspektoru isə norveçli Terje Houç təyin edilib.
Martın 7-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.