“Neftçi” – “Zenit” yoldaşlıq matçının hakimləri açıqlanıb
Bakıda “Neftçi” – “Zenit” arasında keçiriləcək yoldaşlıq matçının hakimləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, bu gün oynanılacaq görüşü yerli briqada idarə edəcək.
Qarşılaşmanın baş hakimi FİFA referisi Rauf Cabarov olacaq. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. VAR-da isə Rəşad Əhmədov və Pərvin Talıbov fəaliyyət göstərəcək.
“Neftçi Arena”da baş tutacaq matç saat 21:00-da start götürəcək.