Ozan Can 90 dəqiqə oynayıb, komandası məğlub olub - VİDEO
Niderland 1-ci Divizionunda 22-ci turun oyunları başa çatıb.
Mediasport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının üzvü Ozan Can Kökçünün 90 dəqiqə oynadığı matçda "Eyndhoven" evdə "De Qrafşap"a uduzub (0:1).
Xatırladaq ki, "Eyndhoven" hazırda çempionatın turnir cədvəlində 30 xalla 10-cu pillədə qərarlaşıb.