"Braqa" - "Qarabağ": Köhnə tanışlar ilk dəfə üz-üzə gəlir - STATİSTİKA

"Braqa" - "Qarabağ": Köhnə tanışlar ilk dəfə üz-üzə gəlir - STATİSTİKA

UEFA-nın rəsmi saytında Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Braqa" haqqında iki klubla əlaqəli material dərc edilib.

Mediasport.az saytı xəbər verir ki, statistik göstəricilərdən ibarət yazıda bu iki komandanın futbolçularının çoxunun bir-birinə tanışlığı məlum olur.

"Qarabağ" bunadək Portuqaliya klublarından yalnız "Sportinq"lə qarşılaşıb. Qurban Qurbanovun komandası 2018/19-cu illər mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində Lissabonda 0:1, Bakıda 0:3 hesabları ilə məğlub olub.

Azərbaycan çempionunun portuqaliyalılarla növbəti dueli - "Braqa" ilə matçı fevralın 15-də eyniadlı şəhərdə - 30 min 286 azarkeş tutumuna malik "Munisipial" stadionunda keçiriləcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda - 31200 nəfərlik Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.


"Qarabağ":

Mateus Silva - "Farense" 2019/20, "Moreyrense" 2020-22;

Kevin Medina - "Naval" 2014/15, "Moura" 2015-17, "Sintrense" 2017/18, "Pinyalnovense" 2018, "Vizeu" 2018-19, "Çaviş" 2019/20;

Juliu Romao - "Santa-Klara" 2020-22;

Leandro Andrade - "Спортинг" (Gənclər) 2011-13, "Farense" (Gənclər) 2013-15, "Olhanense" 2015-19, "Fatima" 2019/20;

Riçard Almeyda - "Jil-Visente" 2010-12, icarə;

Patrik Andrade - "Ribeyrao" 2013, "Joane" 2013/14, icarə, "Moreyrense" 2014-16, "Famaliako" 2016/17, icarə, "Salgeyruş" 2017-18, icarə;

Hamidu Keyta - "Santa-Klara" 2021/22;

Olavio Juninyo - "Portimonense" 2016, icarə, "Eştoril" 2019/20, icarə, "Çaviş" 2020-23.


"Braqa":

Joze Fonte - 2018-ci ildə Yassin Benzia ilə "Lill"də komanda yoldaşı olub;

Simon Banza - 2016-cı ildə Abdullah Zubirlə "Lans"da komanda yoldaşı olub;

Bruma - "Leypsiq"in heyətində olarkən (2017/18) Avropa Liqasının 1/8 final mərhələsində Andrey Lunyova ("Zenit") qol vurub - 2:1;

Joau Moutinyu - DÇ-2022-nin seçmə qrup mərhələsində Portuqaliya yığmasının heyətində Azərbaycan millisinə qarşı hər iki matça start heyətdə başlayıb (1:0, 3:0).

Elvin