"Neftçi"də yeni əməkdaşlıq - FOTO

"Neftçi"də yeni əməkdaşlıq - FOTO

"Neftçi"də yeniləşmə tədbirləri davam etdirilir.

"Ağ-qaralar" kadr və heyətlə yanaşı, texniki və infrastruktur sahəsində də dəyişikliklər aparır.

Komandanın ev oyunlarını keçirdiyi "Neftçi Arena"da bəzi dəyişikliklər (arenanın üst görünüşü dəyişdirilir, stadionun iç hissəsində yuxarı tirbunalardan birinə klubun yeni loqosu quraşdırılıb və.s.) həyata keçirilib, proses davam etdirilir.

Yeniliklərdən biri də mühafizənin təşkilidir. Klub bu sahədə tanınmış şirkətlərdən "Gesco" ASC ilə əməkdaşlığa başlayıb.

Kampaniya "Neftçi"yə məxsus stadion, baza, ofis və s. üzrə təhlükəsizlik məsələlərini üstlənib.

Bunu canlı olaraq Azərbaycan Premyer Liqasının 1-ci turunun "Turan Tovuz"la görüşündə (0:0) müşahidə etdik.

Mediasport.az