"Qarabağ" - "Malmö" oyunu üçün satılmış biletlərin sayı açıqlandı

 "Qarabağ" - "Malmö" oyunu üçün satılmış biletlərin sayı açıqlandı

Oktyabrın 3-də UEFA Avropa Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa bilet satışı davam edir.

Mediasport.az xəbər verir ki, qarşılaşma üçün indiyədək 18 min bilet satılıb.

Matça 2 gün qaldığından, stadionda həmişəki kimi, anşlaq yaşanacağı gözlənilir.

Qapılar azarkeşlər üçün start fitindən 2 saat əvvəl açılacaq.

Saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş üçün biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;