"Neftçi"li Ataa Caber Asiya Kubokunda ilk oyununu keçirib
Fələstin Asiya Kubokunun qrup mərhələsi 2-ci turu çərçivəsində növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri ilə baş tutan matçda (1:1) Fələstinin heyətində "Neftçi"nin futbolçusu Ataa Caber də iştirak edib.
O, görüşün 64-cü dəqiqəsində oyuna qoşulmaqla turnirdə ilk matçına çıxıb və əsas vaxtın sonuna əlavə edilən 9-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Xatırladaq ki, Fələstin yığması hazırda C qrupunda 1 xalla üçüncüdür.