Kriştianu Ronaldudan yeni rekord
Portuqaliya millisi UEFA Millətlər Liqasında 5-ci turunda Polşanı məğlub edib (5:1).
Mediasport.az xəbər verir ki, həmin görüşdə 2 qol vuran əfsanəvi hücumçu Kriştianu Ronaldu yeni rekorda imza atıb.
39 yaşlı forvard yığmada 132-ci qələbəsini qazanıb və keçmiş komanda yoldaşı, "Real"ın sabiq müdafiəçisi Serxio Ramosa məxsus rekordu (131 qələbə) yeniləyib.
"Kral klubu"nun keçmiş qapıçısı İker Kasilyas bu statistikada üçüncü pillədə qərarlaşıb (İspaniya millisi ilə 121 qələbə).