Ademola Lukman het-triklə Avropa Liqasının tarixinə düşdü - VİDEO
Futbol üzrə UEFA Avropa Liqasının finalında “Atalanta”ya kuboku qazandıran Ademola Lukman turnirin tarixinə düşüb.
Mediasport.az xəbər verir ki, nigeriyalı forvard yeni adı ilə yarışın finalında het-trik edən ilk futbolçu olub.
Ümumilikdə isə adını 39 illik fasilədən sonra turnirin həlledici görüşündə 3 qol vuran ilk oyunçu kimi tarixə yazdırıb.
Əvvələr UEFA Kuboku adlanan yarışın finalında het-triki 1974/1975-ci illər mövsümündə - Münhenqladbax “Borusiyya”sının forvardı Yupp Haynkes edib.
Almaniyalı futbolçu “Tvente”nin qapısından 3 top keçirib (5:1).