Nazim Latviyada 90 dəqiqə oynadı, komandası qələbə qazandı

Nazim Latviyada 90 dəqiqə oynadı, komandası qələbə qazandı

Azərbaycanlı futbolçu Nazim Məmmədzadə Latviya Yüksək Liqasında növbəti matçına çıxıb.

Mediasport.az xəbər verir ki, mərkəz müdafiəçisi "Qrobina"nın heyətində "Tukums"a qarşı forma geyinib.

Əsas heyətdə meydana çıxan 23 yaşlı futbolçu sonadək oynayıb, komandası 2:1 hesablı qələbə qazanıb.

"Qrobina" 22 turdan sonra 25 xalla 5-ci pillədədir.