"Neftçi"nin sabiq baş məşqçisinin yeni komandası müəyyənləşdi

"Neftçi"nin sabiq baş məşqçisinin yeni komandası müəyyənləşdi

2018-ci ilin yayından 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olmuş Roberto Bordinin yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Albaniyada çalışacaq.

İtalyan çalışdırıcı Premyer Liqa təmsilçisi “Elbasani”nin baş məşqçisi təyin edilib.

Xatırladaq ki, "Neftçi"dən sonra Moldova milli komandası, "Şerif" (Moldova) və İtaliyada "Triestina"da işləmiş Bordin Azərbaycanda nəticə qazana bilməmişdi.