AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edirlər

AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edirlər

Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilir.

Mediasport.az xəbər verir ki, fevralın 15-dək davam edəcək toplantıda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə menecer Bəhram Dadaşov iştirak edirlər.

Seminar zamanı Niderlandda lisenziyalaşdırma sisteminin inkişafı, klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı qaydalarında yeniliklər, lisenziar olan milli assosiasiyaların sertifikasiyası, UEFA lisenziyalaşdırma üzrə illik hesabatı, lisenziar və lisenziya iddiaçısı arasında kommunikasiyalar, UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı, qadın futbolu, klubların lisenziyalaşdırılması və başqa məsələlər müzakirə olunub.