"Neftçi"nin eks-prezidenti Konfrans Liqasının pley-off matçında
AFFA rəsmisi Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb.
Mediasport.az xəbər verir ki, "Neftçi"nin sabiq prezidenti Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Polşada keçiriləcək "Legiya" - "Moldə" (Norveç) qarşılaşmasında iş başında olacaq.
O.Hüseynzadə fevralın 22-də baş tutacaq görüşdə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
İlk matçda norveçlilər 3:2 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti postunu tutub.