AFFA İcraiyyə Komitəsi klub sayını artırır? - Qərar bu tarixdə veriləcək

AFFA İcraiyyə Komitəsi klub sayını artırır? - Qərar bu tarixdə veriləcək

Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Mediasport.az xəbər verir ki, saat 15:00-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının müzakirəsi, inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması, Azərbaycan Premyer Liqasında komanda sayının artırılması və 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin, həmçinin 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi məsələləridir.