"Turan Tovuz"un Türkiyə toplanışında bütün rəqibləri müəyyənləşdi

"Turan Tovuz"un Türkiyə toplanışında bütün rəqibləri müəyyənləşdi

Yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yola düşən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqibləri məlum olub.

MediaSport.az xəbər verir ki, komanda iyulun 17-də “Adana Dəmirspor”, 22-də “Eyyubspor”la qarşılaşacaq.

İyulun 27-də komanda daha iki oyun keçirəcək. Baş məşqçi Ayxan Abbasov səhər və axşam saatlarında Tanzaniya yüksək liqa təmsilçisi “Simba” ilə oyunlarda komandanı sınaqdan keçirəcək.