Miço Kuzmanoviç karyerasını ölkəmizdə davam etdirəcək - RƏSMİ

Miço Kuzmanoviç karyerasını ölkəmizdə davam etdirəcək - RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib.

Klubdan "MediaSport"a verilən məlumata görə, Naxçıvan təmsilçisi bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə 1 illik müqavilə bağlayıb.

1.78 sm boya malik 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maksima”, “Zviyezda”, “Banya Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib.

O, Serbiyanın “Yaqodina”, Belçikanın “Muskron”, Sloveniyanın “Rudar Velenye” və “Çelye” klublarında legioner həyatı yaşayıb. Kuzmanoviç son mövsümü “Tuzla Siti”də keçirib.