"Neftçi"nin yeni transferi: "Biz daha güclü qayıdacağıq" - AÇIQLAMA
"Debütün yaxşı alınmadı. Bundan sonra daha yaxşısını etmək üçün çalışmalıyıq".
Bu sözləri mediasport.az saytına açıqlamasında "Neftçi"nin yeni transferi Andre Şinyaşiki deyib.
"Kəpəz"lə Premyer Liqa görüşündə debüt edən 26 yaşlı hücumçu əvvəlcə Gəncə məğlubiyyəti haqda fikirlərini bildirib:
"Kəpəz" və "Neftçi" klubları arasında keçirilən görüşlərin tarixi oyun olduğunu bilirdim, demişdilər. Əslində, hər matç önəmli olur. Çünki hər bir görüşdə əsas məqsəd qalib gəlməkdir, fərqi yoxdur hansı komanda ilə qarşılaşırsan".
"Neftçi"yə keçidinə görə xoşbəxt olduğunu deyən Yaponiya əsilli braziliyalı forvard komandaya tam kömək edəcək gücdə olduğunu qeyd edib: "Buna hazıram. Komandam da yaxşısını edə bilər. İnanıram ki, biz daha güclü qayıdacağıq".
Şinyaşiki Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Beşiktaş"la qarşılaşmalar barədə bunları vurğuladı: "Bilirəm ki, rəqib Türkiyənin ən güclü 3 klubundan biridir. Lakin biz özümüzə inanmalıyıq. Özümüzü qələbə qazanmağa inandırmalıyıq. Reallıq belədir. Ağır oyun olacağı dəqiqdir. Lakin inamlı olmalıyıq".
Qeyd edək ki, "ağ-qaralar" vingerlə 2 illik müqavilə bağlayıblar.