Premyer Liqa klublarına dövlət nə qədər pul ayıracaq? - AÇIQLAMA

Premyer Liqa klublarına dövlət nə qədər pul ayıracaq? - AÇIQLAMA

2024/2025-ci illər mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq klublara dövlət tərəfindən ayrılacaq maliyyənin məbləği müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu haqda jurnalistlərə müsahibəsində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat çatdırıb.

Federasiya rəsmisi mətbuatda məbləğin 4 milyon manat olacağı ilə bağlı yazılan xəbərlərə belə münasibət bildirib:

"Məbləğin 4 milyon manat olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Hazırda olan məlumata görə, 3 milyon manat olduğu kimi qalır, artırılması nəzərdə tutulmur".

Xatırladaq ki, ötən mövsüm Premyer Liqa təmsilçilərinin hərəsinə 3 milyon manat dövlət dəstəyi göstərilib.