"Qarabağ"ın tarixinə düşmüş futbolçu Braziliya nəhəngində
2017/2018-ci illər mövsümündə "Qarabağ"da icarə əsasında forma geyinmiş Pedro Enrikenin yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun heyətində 18 oyun keçirmiş hücumameylli yarımmüdafiəçi iki illik “İnternasyonal” karyerasını başa vurub.
33 yaşlı futbolçu Braziliyanın başqa bir böyük kollektivi - 7 dəfə ölkə çempionu olmuş "Korintians"a keçib.
Karyerası ərzində “Sürix”, “Renn”, PAOK, “Astana”, “Kayserispor”, “Sivasspor” kimi komandalarda çıxış etmiş Enrike "köhlən atlar"ın tarixinə düşən futbolçulardandır.
O, “Qarabağ”ın tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifidir. Braziliyalı Bakı Olimpiya Stadionunda İtaliyanın “Roma” klubunun qapısına qol vurmuşdu (1:2).