Nərgiz İsmayılova Çempionlar Liqasının matçına təyinat aldı

Nərgiz İsmayılova Çempionlar Liqasının matçına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova Çempionlar Liqasının oyununa təyinat alıb.

Mediasport.az xəbər verir ki, federasiya rəsmisi turnirin təsnifat mərhələsinin 2-ci raundunda "Volley Şönenverd" (İsveçrə) - "Korona Brasov" (Rumıniya) duelində supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşma bu gün İsveçrədə keçiriləcək. Görüşün hakimləri niderlandlı Geldof Helena, ispaniyalı Robles Qarsiya Karlos Alberto olacaq.