Qadın voleybolçular arasında Yüksək Liqa start götürdü

Qadın voleybolçular arasında Yüksək Liqa start götürdü

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, tura “Abşeron” - “Murov” matçı ilə start verilib.

Mövsümün ilk oyununda “Murov” qalib gəlib. Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv 3:1 (25:19, 25:13, 11:25, 26:24) hesablı qələbə qazanıb.

“Azərreyl” UNEC-i sınağa çəkib. Bu oyunda qalib üç hissədə müəyyənləşib. Eldar Yusubovun başçılıq etdiyi komanda hər üç setdə görüşü qələbə ilə başa vurub - 3:0 (25:09, 25:17, 26:24)

Yüksək Liqanın qalibi 6 dövrədən sonra bəlli olacaq.