Mahirin Almaniya Bundesliqasında debütü bu gün gerçəkləşə bilər
Legioner həyatı yaşayan Azərbaycan millisinin 3 oyunçusu klub futbolunda növbəti oyunlarına çıxıblar.
Mediasport.az xəbər verir ki, yığmamızın cinah oyunçusu Ozan Can Kökçülü "Helsinki" Finlandiya Veikkaus Liqasında VPS-lə üz-üzə gəlib.
Ozan Can 80-ci dəqiqədə meydana daxil olub, komandası heç-heçəyə razılaşıb.
Polşada top qovan Rahil Məmmədov "Radomyak"ın heyətində evdə "Korona Kielçe"ni qəbul edib.
Məmmədov bu oyunda meydana buraxılmasa da, adı iştirak ərizəsində olub.
Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) səfərdə "Plauen"lə qarşılaşıb.
Forvard start heyətində meydana çıxıb və sona qədər mübarizə aparıb.
Bu gün daha 3 futbolçumuzun komandaları daxilin birinciliklərdə meydana çıxacaqlar.
Mahir Emrelinin formasını geyindiyi 2-ci Bundesliqa təmsilçisi "Nürnberq" doğma azarkeşlər önündə "Herta"nı qəbul edəcək.
27 yaşlı forvardın debütü gözlənilir.
Vüsal İsgəndərlinin uğurları üçün çalışdığı "Boluspor" "Amed"in qonağı olacaq.
Renat Dadaşovlu "Ankaragücü" "Sakaryaspor"u sınağa çəkəcək. Paytaxt təmsilçisi yeni baş məşqçi Kənan Koçakın rəhbərliyi altında ilk matçına çıxacaq.
20 sentyabr
Finlandiya Veikkaus Liqası. Pley-off
VPS - "Helsinki" 1:1
Polşa Ekstraklasası. 9-cu tur
"Radomyak" - "Korona Kielçe" 4:0
Almaniya Şimal-Şərq Regional Liqası. 9-ci tur
"Plauen" - "Dinamo" (Berlin) 1:3
21 sentyabr
Almaniya 2-ci Bundesliqası. 6-cı tur
15:00 "Nürnberq" - "Herta"
Türkiyə 1-ci Liqası. 6-cı tur
20:00 "Ankaragücü" - "Sakaryaspor"
20:00 "Amed" - "Boluspor"