Millətlər Liqasının "Dördlər finalı"nın oyunları bu ölkədə keçiriləcək

Millətlər Liqasının "Dördlər finalı"nın oyunları bu ölkədə keçiriləcək

UEFA Millətlər Liqasında "Dördlər finalı" Niderlandda keçiriləcək.

mediasport.az xəbər verir ki, bu haqda Avopa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Turnirin yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda matç iyunun 18-də gerçəkləşəcək. Püşkatma mərasimi yanvarda baş tutacaq.

"Dördlər finalı"nda A Liqasında qrup qalibləri - Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları mübarizə aparacaqlar.