Qismət Əliyevdən sonra millimizin daha bir üzvü heyətdən çıxarıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Mediasport.az xəbər verir ki, müdafiəçi Bəhlul Mustafazadə ("Qarabağ") zədə səbəbindən heyətdən çıxarılıb.
Buna qədər sağ cinah müdafiəçisi Qismət Əliyev də ("Zirə") yüngül zədəli olduğu üçün "23-lük"dən kənarda qalmışdı.
Xatırladaq ki, UEFA Millətlər Liqasının 1-ci turunda evdə İsveçə uduzun millimiz (3:1) 8 sentyabrda Slovakiyanın qonağı olacaq.