"Lunyov "Qarabağ"da karyerasının ən yaxşı dövrünü yaşayır” - Rusiya milli komandasının məşqçisi
Futbol üzrə Rusiya milli komandasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov "Qarabağ" və Andrey Lunyov haqda fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, Rusiya mətbuatına danışan mütəxəssis Ağdam klubunun UEFA Avropa Liqasında tarix yazaraq qrupdan çıxması və ilk dəfə 1/8 finala vəsiqə qazanmasında "köhlən atlar"ın qolkiperinin böyük xidmətlərinin olduğunu deyib.
Məşqçi 32 yaşlı qapıçının cari mövsümdəki çıxışlarını şərh edib:
"O, bu vaxtadək heç bir oyunda kobud səhvə yol verməyib. Komandasının onun hər hansı səhvindən xal itirdiyini müşahidə etməmişik. Lunyobun yüksək performansı "Qarabağ"a Azərbaycan çempionatı və avrokuboklarda yalnız xal qazandırıb. Bu mövsüm Avropa Liqasında 37 seyv edib, bu, ən yüksək göstəricidir. Fikrimcə, o, Ağdam klubunda karyerasının ən yaxşı dövrünü yaşayır”.
Qeyd edək ki, Andrey Lunyov bu mövsüm "Qarabağ"ın heyətində 22 oyun keçirib, 29 qol buraxıb, 7 görüşdə qapısını toxunulmaz saxlayıb.