"Olimpiakos" - "Qəbələ" oyunu britaniyalı hakimlərə tapşırılıb
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfər görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Noyabrın 29-da baş tutacaq matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək edəcəklər.
Pireydəki Georgios Karaiskakis stadionunda oynanılacaq duel Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Qəbələdəki ilk matç yunanların 3:0 hesablı qələbəsilə başa çatıb.