"Kəpəz" məşhur futbolçunun transferini açıqladı - RƏSMİ
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, gürcüstanlı Giorgi Papunaişvili "sarı-göylər"in şərəfini qoruyacaq.
27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Tbilisi "Dinamo"sunun yetirməsi İspaniyada “Saraqosa” və “Rasinq”, Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb. Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Georginin son klubu ölkəsində "Telavi" olub.