"Qarabağ" - "Zirə" finalına bilet alacaq şəxslərin nəzərinə!

"Qarabağ" - "Zirə" finalına bilet alacaq şəxslərin nəzərinə!

"Qarabağ" və "Zirə" komandaları arasında “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan Kubokunun final matçında tamaşaçıların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri ayrılacaq.

Mediasport.az xəbər verir ki, oyun günü, yəni iyun ayının 2-də saat 17:00-dan etibarən metronun Koroğlu stansiyasının qarşısında (“Piramida”nın arxasında) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobuslar futbolsevərlərin xidmətində olacaq.

“Qarabağ” və “Zirə” azarkeşlərinə istəyə uyğun olaraq klubların loqoları ilə işarələnmiş avtobuslardan istifadə imkanı da yaradılacaq. 

Tamaşaçıların oyunun bitmə saatına uyğun olaraq əks istiqamətdə daşınması da təmin ediləcək. 

Nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək üçün biletlərin təqdim olunması yetərlidir.

Xatırladaq ki, biletlər bu gündən etibarən "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

Qarşılaşma saat 20:00-da başlanacaq.

Matçdan əvvəl - saat 19:00-da Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı baş tutacaq.