1-ci Liqada milli futbolçular üz-üzə: Bəxtiyar Sertan Taşkına qarşı
Türkiyə 1-ci Liqasında 21-ci turun oyunları bu gün başa çatacaq.
Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə 4 görüş baş tutacaq.
Azərbaycanlı milli komandasının futbolçuları - Sertan Taşkının çıxış etdiyi "Manisa BBSK" Bəxtiyar Həsənalızadənin komandası "Tuzlaspor"la qarşılaşacaq.
Dünən keçirilən oyunlarda Vüsal İsgəndərovun komandası "Boluspor" "Keçiörəngücü"nü (2:1), Ramil Şeydayevin komandası "Adanaspor"u (1:0) məğlub edib, Coşqun Diniyevli "Ümraniyəspor" "Bodrumspor"a uduzub (1:2).
Çempionatın turnir cədvəlində "Tuzlaspor" 19 xalla 16-cı, Manisa klubu isə 23 xalla 11-ci sırada qərarlaşıb.
Türkiyə, 1-ci Liqa
14:30 BB Ərzurumspor - Şanlıurfaspor
14:30 Tuzlaspor - Manisa BBSK
17:00 Gənclərbirliyi - Çorum
20:00 Giresunspor - Eyüpspor