Olimpiya çempionumuz Almaniyadakı seçkilərdə iştirak etdi

Olimpiya çempionumuz Almaniyadakı seçkilərdə iştirak etdi

Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Akademiyasının konqresi keçirilib.

mediasport.az xəbər verir ki, "Olimpiya Hərəkatının Fırtınalı Suları" adı altında keçirilən konqresdə Azərbaycanı Olimpiya Çempionu, ADBTİA-nın idman işləri üzrə prorektoru, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov və MOK-un Marketinq şöbəsinin müdiri, Azərbaycan Milli Olimpiya Akademiyasının Beynəlxalq Layihələr departamentinin müdiri Səkinə Vəliyeva təmsil edib.

Konqres çərçivəsində keçirilən Baş Assambleyada Manfred Laemmer yenidən qurumun prezidenti seçilib. Baş Assambleyada Avropa Olimpiya Akademiyasının strateji planı qəbul edilib. Strateji planda qarşıdakı 8 il üçün təşkilatın missiyası, dəyərləri, məqsədləri və strateji təşəbbüsləri öz əkisni tapıb. Yaxın gələcəkdə Akademiyanın əlavə seminarlarının keçirilməsi haqda müzakirələr aparılıb. 

Bir neçə ölkənin Milli Olimpiya Akademiyası Avropa Olimpiya Akademiyasının konqreslərinə ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər. Baş Assambleyada Malta Olimpiya Akademiyası Avropa Olimpiya Akademiyasının üzvlüyünə (30-cu üzvü) qəbul edilib.