Renat oynadı, Həsən ehtiyatda qaldı, "Ankaragücü" qalib gəldi

Renat oynadı, Həsən ehtiyatda qaldı, "Ankaragücü" qalib gəldi

Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycanın əsas və U-17 milli komandasının futbolçuları - Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Şanlıurfaspor"la qarşılaşıb.

Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Dadaşov fasilədən sonra meydana çıxıb, Nəzərov isə ehtiyatda qalıb.

Xallarının sayını 30-a yüksəldən Ankara klubu turnir cədvəlində 4-cü pilləyə qalxıb.