"Müharibə cinayətləri törədən Rusiyanın olimpiadada yeri yoxdur"

"Müharibə cinayətləri törədən Rusiyanın olimpiadada yeri yoxdur"

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək.

Mediasport.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Fransa prezidenti Emmanuel Makron deyib.

O, bildirib ki, olimpiadada Rusiya bayrağı ola bilməz: "Rusiyanın müharibə cinayətləri törətdiyi bir vaxtda olimpiya oyunlarında yeri yoxdur. Rusiyalı idmançıların fərdi qaydada iştirakı məsələsi barədə qərarı isə Beynəlxalq Olimpiya Komitəsi verə bilər".

Qeyd edək ki, olimpiada 26 iyul-11 avqust tarixlərində keçiriləcək.