Ölkələrin UEFA reytinqi açıqlandı: Azərbaycan daha bir pillə gerilədi

Ölkələrin UEFA reytinqi açıqlandı: Azərbaycan daha bir pillə gerilədi

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin növbəti turlarının ardından ölkələrin yeni UEFA reytinqi açıqlanıb.

Mediasport.az xəbər verir ki, 2-ci tur çərçivəsində dünən Bakıda İsveçin “Malmö” klubuna 1:2 hesabı ilə uduzan "Qarabağ" Azərbaycanın xal hesabını artıra bilməyib.

Beləliklə, ölkəmiz sıralamada daha bir pillə geriləyib.

28-ci pilləyə düşən Azərbaycanın əmsalı 19,125-ə bərabərdir. Azərbaycanla eyni xala malik Bolqarıstan bir pillə irəliləyərək 27-ci yerə yüksəlib.

55 ölkənin yer aldığı reytinq siyahısına 92,446 əmsalla İngiltərə başçılıq edir.